Yuxarı

"Yeganə"də kütləvi zəhərlənmə - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yeganə"də kütləvi zəhərlənmə - Video

2019.07.19 - 21:36

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

Report xəbər verir ki, zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 10 nəfərdən çox adam xəstəxanaya aparılıb. Onların vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvanda toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb.

Zərərçəkmişlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.

***

İyulun 19-da axşam saatlarında Şirvanda şadlıq evlərinin birində toy mərasimi zamanı zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub. Hadisə nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.

***

Şirvan şəhərində toy mərasimi zamanı zəhərlənən şəxslərin bəzilərinin adları məlum olub.

Hadisə zamanı Hacıqabul rayon sakinləri - 1968-ci il təvəllüdlü Seyidsəkinə Miryaqub qızı Dostəliyeva, 1957-ci il təvəllüdlü Züleyxa Ağaməmməd qızı Həsənova, 1961-ci il təvəllüdlü Fəridə Əsəd qızı Şıxəliyeva, Şirvan şəhər sakinləri - 1964-cü il təvəllüdlü Arzu Bəhlul qızı Süleymanova, 1977-ci il təvəllüdlü Aynurə Asif qızı Ağayeva zəhərləniblər.

Tarix
2019.07.20 / 02:17
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla