Yuxarı

Yubileyini qeyd edən xalq artisti Bakıya dönür – Həmişəlik

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan teatr və kino məktəbinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, xalq artisti Cahangir Novruzovun doğum günüdür.

Kult.az xatırladır ki, Cahangir Novruzov 1954-cü il iyulun 31-də Bakıda anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakültəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alıb.

1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. 1981-ci ildə Moskvanın Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A.Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub.

1986-cı ildə Çexoslovakiyada keçirilən “Çeşskaya Buduyovutsa” gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən “Bovinyi” teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib.

C.Novruzov 1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanmış “Olum, ya ölüm” tamaşası ilə birincilik qazanıb.

O, “Bizim Cəbiş müəllim” filmində Rəsulov, “Qorxma, mən səninləyəm”də Mərdan, “Yaşıl eynəkli adam”da Cahangir, “Bəxt üzüyü”ndə milis rəisi kimi maraqlı rolları canlandırıb.

Cahangir Novruzovla bağlı ən önəmli məqamlardan biri də onun unudulmaz sənətkar Nəsibə Zeynalovun oğlu olmasıdır. Xalq artistinin babası Cahangir Zeynalov (1865-1918) da dövrünün məşhur teatr xadimlərindən olub.

1995-ci ildə Türkiyəyə universitetdə dərs demək üçün dəvət olunub. Hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

Bu gün 65 yaşını qeyd edən sənətkarımız yerli mətbuata verdiyi açıqlamada yaxın vaxtlarda Vətənə qayıdacağını və yeni teletamaşa ilə Azərbaycan tamaşaçısını sevindirəcəklərini bildirib.

Tarix
2019.07.31 / 15:05
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla