Yuxarı

Dənizçilərimiz Xəzərdə birinci oldu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəniz Kuboku - 2019” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu mərhələdə gəmilər hərəkətdə olarkən artilleriya atəşi ilə mina hədəfinin məhv edilməsi tapşırığını uğurla həyata keçiriblər. Atışlar 200 metr məsafədən icra olunub.

Beynəlxalq hakimlər briqadası gəmilərin vaxtında gəlməsi və hədəflərin məhv edilməsi üzrə qiymətləndirmə aparıblar. Qərara əsasən Azərbaycan və Rusiya komandaları 40 balla birinci, Qazaxıstan 36 balla ikinci, İran komandası isə 18 balla üçüncü yerə layiq görülüb.

Tarix
2019.08.11 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla