Yuxarı

Azyaşlı polis şöbəsində döyülüb? - DİN açıqladı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə 12 yaşlı oğlan uşağının 20 dəfə polis tərəfindən saxlanılması və hər dəfə də polislər tərəfindən döyülməsi barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən Report-a cavab olaraq bildirilib ki, məsələ dərhal araşdırılıb.

Qeyd olunub ki, həmin statusu özünü hüquq müdafiəçisi adlandıran Taleh Xasməmmədov yazıb.

“Onun “can yandırdığı” azyaşlı Göyçay şəhərində yaşayan 12 yaşlı Elməddin Nuriyevdir. Atası vəfat edəndən sonra anası onu tam nəzarətsiz qoyub. Nəticədə uşaq şəhərin küçələrində avara həyat tərzi keçirib. Elməddin xırda oğurluqlar törətməkdən belə çəkinmir. Həm sakinlərin müraciəti, həm də bu azyaşlının özünün təhlükəsizliyi ilə əlaqədar o, T.Xasməmmədovun dediyi kimi, 20 dəfə deyil, ondan da çox polisə gətirilib. Hər dəfə də onunla tərbiyəvi, profilaktik söhbətlər aparılıb və rayonun Mutu kəndində yaşayan babasına, əmisinə təhvil verilib. O ki qaldı 12 yaşlı uşağın polislər tərəfindən döyülməsinə, Taleh Xasməmmədov tam yalan danışır. Polis azyaşlı kimsəsiz uşağı niyə döyməlidir ki? Əgər ona qarşı polisdə hər hansı bir təzyiq olsaydı, “hüquq müdafiəçisi”ndən əvvəl uşağın babası, əmisi hüquq-mühafizə orqanlarına müraciət edərdilər. Əksinə, o, hər dəfə şöbəyə gətiriləndə ona qayğı göstərilib, onunla tərbiyəvi söhbət edilib. O da bundan sonra həmişəlik babasının yanında qalacağına, oğurluq etməyəcəyinə söz verib. Lakin bir neçə gündən sonra Elməddin yenidən küçələrdə peyda olub. Ona görə də Taleh Xasməmmədova məsləhət görərdik ki, gündəmdə qalmaq üçün şər-böhtandan istifadə etməkdənsə, getsin başqa metod tapsın”, - deyə məlumatda bildirilib.

Tarix
2019.08.17 / 19:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla