Yuxarı

Gürcü nazir müavini İlham Əliyevə buna görə təşəkkür etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qax rayonunda gürcüdilli məktəb üçün yeni binanın inşa olunmasına Gürcüstan hökuməti çox böyük önəm verir.

Bunu Report-a açıqlamasında Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili bildirib.

Onun sözlərinə görə, müasir tələblərə cavab verən istənilən məktəbin açılışı müsbət addımdır:

"Qax rayonunun Əlibəyli kənd məktəbinin yeni binasının istifadəyə verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və azərbaycanlı tərəfdaşlarımıza və təşəkkür edirik".

Nazir müavini Gürcüstan və Azərbaycan arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin olduğunu vurğulyaraq, bu əlaqələrə görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ilin oktyabrın 29-da “Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. 216 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılmışdı.

Şota Rustavelinin adını daşıyan orta məktəbin yeni binası 2019-cu ilin sentyabrın 13-də istifadəyə verilib.

Tarix
2019.09.16 / 10:24
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla