Yuxarı

Oğru yaxalandı, məlum oldu ki... - Silsilə oğurluqlar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğru yaxalandı, məlum oldu ki... - Silsilə oğurluqlar

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş C.Nəzərovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayondakı bir evdən pul və qızıl sırğa, bir evdən 140 manat və 360 manat dəyərində qızıl-zinət əşyaları, bir evdən isə 400 manat və qızıl üzük oğurlaması da müəyyənləşdirilib.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-nə keçən gecə şəhərdəki körpələr evi-uşaq bağçasından məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini İ.Rzayev yaxalanıb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon sakini olan bir qadının içərisində pul olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Məmmədov və bir yeniyetmə saxlanılıblar.

Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2019.09.16 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla