Yuxarı

12 il həbsdə olan peşəkar oğru saxlanıldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
12 il həbsdə olan peşəkar oğru saxlanıldı - Video

Kürdəmir rayonunda dəfələrlə məhkumluq həyatı yaşamış peşəkar oğru saxlanılıb.

Report-un məlumatına görə, 1989-cu il təvəllüdlü Allahverdiyev Fərid Zabit oğlu rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs bu ilin sentyabr ayı ərzində rayonda 3 oğurluq hadisəsi törədib.

O, rayonun Qaraqocalı kənd sakini Əhmədov Cəlal Ağaqulu oğluna məxsus evdən 1910 manat nəğd pul, Kürdəmir şəhər 20 Yanvar küçəsi, ev 28-də yaşayan Şahbazova Xalidə Ağaməşədi qızına məxsus evdən qızıl dəstləri və 30 manat pul, həmçinin həmin küçədə yaşayan Məhərrəmova Zümrüd Həsən qızına məxsus evdən müxtəlif növ məişət avadanlıqları və yataq dəstlərini oğurlayıb. Fərid Allahverdiyev ilk dindirilmə zamanı həmin ünvanlardan oğurluq etdiyini etiraf edib.

F.Allahverdiyev əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 11 il 6 ay həbs həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində cinayət işi açılaraq araşdırma aparılır.

Tarix
2019.09.18 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla