Ana səhifə Hadisə |
AXCP sədri Fuad Qəhrəmanlının qızının yaydığı bəyanat ölkə gündəmini silkələdi.
Məlum oldu ki, Azərbaycanda insan hüquqlarının olmamasından dəm vuran Qəhrəmanlı heç öz ailəsində belə insan hüquqlarına əməl etmirmiş.
Məlum oldu ki, Azərbaycanda polis zorakılığının olmasını iddia edən Fuad Qəhrəmanlı öz evində zorakılığın ən dəhşətli formalarını həyata keçirib, terror əsdirib.
Həyat yoldaşının barmaqlarını, qızının dizini sındıran... Təkrar oxuyun: həyat yoldaşının barmaqlarını, qızının dizini sındıran bir adamın Azərbaycan xalqının başına hansı dəhşətləri gətirə biləcəyini düşünəndə adamın tükləri biz-biz durur.
Nəyə görə “Azərbaycan xalqı” dedim? Çünki bu adam, yəni Fuad Qəhrəmanlı siyasi posta, hakimiyyətə iddia edir. Öz ailəsini idarə edə bilməyən bir adam dövləti necə idarə edə bilər?!
Məşhur bir deyim var: “Ailə dövlətin kiçik modelidir”.
Bu mənada hər bir siyasətçinin əvvəlcə öz ailəsini qoruması, iqtisadi dayaqlarını möhkəmləndirməsi, qonşuları ilə münasibətlər qurmağı bacarması ictimai tələbdir. Sən bunu bacarmırsansa, siyasətə gələ bilməzsən!
Ailəsində bunları bacarmayan siyasətçi nə ölkəni qoruya, nə onun iqtisadi dayaqlarını gücləndirə, nə də qonşu ölkələrlə münasibətləri tənzimləyə bilər.
Avropa ölkələrində hansısa siyasətçinin, məsələn, parlamentin iclasına qucağında uşaqla gəlməsi maraqla qarşılanır. Ona görə ki, bu şəxsin ailəsinə olan münasibəti təmsil etdiyi dövlətə, xalqa münasibəti ilə müqayisə edilir.
Digər bir məqam:
Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur tanınmış yazıçıdır. Amma bunu heç kim qeyd etmir. Niyə? Çünki yazıçı dövlətin həyatında birbaşa rol oynamır.
Siyasətçinin ailə həyatı isə ictimaiyyətə maraqlıdır, çünki bu faktor dövlətin taleyinə birbaşa və önəmli şəkildə təsir edə bilir.
Ona görə də burada heç bir şəxsi məsələdən söhbət gedə bilməz. Yəni “öz ailəsidir, özü bilir” demək xəstə zehniyyətin məhsuludur. Bu, təxminən, “öz arvadıdır, istəsə döyər, istəsə söyər” demək kimi bir şeydir.
Fuad Qəhrəmanlının xanımına, qızına işgəncə verməsi onun şəxsi məsələsi deyil. Bu, bütün Azərbaycan insanının məsələsidir. Azərbaycan insanı isə buna laqeyd qalmamalıdır.
Artıq AXCP-nin bir “superqəhrəman”ı var: Barmaqsındıran Fuad.
Tarix
2019.09.20 / 13:25
|
Müəllif
Şeyx Teymur
|