Yuxarı

"Binə"də güclü yanğın: xəsarət alanlar var - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:52

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın başlayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyir.

Hadisə yerində FHN-in qərargahı yaradılıb. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyi də "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumata əsasən, hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.

Hazırda yanğın davam edir. Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradır. FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

***

Yanğının qarşısı alınıb. Hazırda ərazidə soyutma işləri aparılır.

Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı jurnalistlərə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, hadisənin baş verməsinin dəqiq səbəbləri bilinmir. O, həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın hesablanacağını da bildirib. İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib.

***

"Binə" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.

Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

***

“Binə” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

FHN-dən verilən xəbərə görə, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən zəhərlənmə ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

Tarix
2019.10.08 / 08:38
Müəllif
Axar.az
Digər xəbərlər

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla