Yuxarı

Dünya çempionu həbs edilə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Prokurorluğu "Real Madrid"in sabiq futbolçusu Xavi Alonsonun 2.5 il azadlıqdan məhrum edilməsini istəyir.

Report xəbər verir ki, 38 yaşlı sabiq yarımmüdafiəçi 2010, 2011 və 2012-ci illərdə vergidən yayınmaqda şübhəli bilinir.

Prokurorluğun məlumatına görə, Alonso İspaniya xəzinəsinə 2 milyon avrodan çox borclu qalıb. İttihama görə, o, imic hüquqlarından əldə etdiyi gəlirləri gizlədib. Hazırda Madriddə məhkəmə iclası keçirilir.

Daha öncə prokurorluq Alonsonun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə də, İspaniya millisinin sabiq oyunçusu 3 milyon avro ödəyib və ittiham tələblərini yumşaldıb. Məhkəmə bir neçə həftə ərzində məhkəmə qərar çıxaracaq.

Qeyd edək ki, Xavi Alonso İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" klublarının da formasını geyinib. O, İspaniya və İngiltərə təmsilçilərinin heyətində UEFA Çempionlar Liqasını qazanıb. Sabiq yarımmüdafiəçi İspaniya yığmasının heyətində iki dəfə Avropa çempionatının (2008, 2012), bir dəfə isə dünya çempionatının qalibi olub.

Tarix
2019.10.10 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla