Yuxarı

Türk alimlər ADU-ya toplaşdı: mühüm müzakirə - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) universitet, AMEA “Türkologiya” jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Kitabi–Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Kult.az xəbər verir ki, dəyirmi masada Azərbaycanın və Türkiyənin görkəmli alimləri iştirak edib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş bir sıra tədbirlərin həyata keçirildiyini xatırladıb. “Kitabi-Dədə Qorqud”un bütün türk xalqlarını birləşdirdiyini deyən akademik bu dastanın hazırda “Nibelunqlar nəğməsi”, Yunan, Şumer, Sanskrit dastanları ilə əlaqələndirildiyini, müqayisə olunduğunu diqqətə çatdırıb. Kamal Abdulla həmçinin Sovet-Türk kollokviumunun tarixindən, yaradılması prosesindən danışıb.

Elmi yığıncaq iki hissədən ibarət olub. Sovet-Türk kollokviumunun (1988) 30 illiyinə həsr olunan yığıncağın birinci hissəsi professor Osman Fikri Sərtqayanın moderatorluğu ilə keçirilib. Bu bölmədə Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu, Fikrət Türkmən, professor Tofiq Məlikli, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu mövzu ilə bağlı fikirlərini söyləyib, xatirələrini bölüşüblər.

“Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyunun müzakirəsinə həsr olunan iclasın ikinci hissəsi tanınmış türkoloq alim professor Əhməd Bican Ercilasunun və akademik Möhsün Nağısoylunun moderatorluğu ilə azərbaycanlı və türkiyəli alimlərin birgə iştirakıyla keçirilib.

Tarix
2019.10.14 / 12:43
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla