Yuxarı

Azərbaycanda ceyran ovlayan 3 şəxs ələ keçdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ceyran ovlayan 3 şəxs ələ keçdi

Şirvan Milli Parkının ərazisinə daxil olaraq ceyran ovlayan 3 nəfər parkın mühafizə işçiləri tərəfindən saxlanılıb.

Şirvan Milli Parkının direktoru Arzu Mustafayev Axar.az-a açıqlamasında bildirib ki, parkın cənub hissəsində bir baş ceyranın brakonyerlər tərəfindən ovlanması ilə bağlı daxil olan operativ məlumat əsasında milli park əməkdaşlarından ibarət qruplar qanun pozucularının izinə düşüblər. Təqibdən yayınmaq məqsədilə özlərini ərazidəki cənub kollektoruna atan brakonyerlər üzərək parkın digər hissəsinə keçiblər. Onlar xidməti vəzifələrini yerinə yetirən milli parkın çevik qrupuna müqavimət göstərməyə çalışsalar da yaxalanıblar. Brakonyerlərin hər üçünün şəxsiyyəti müəyyənləşdirilib.

Araşdırma zamanı brakonyerlərin Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu olduğu məlum olub. Zəruri ilkin sənədləşmə işləri aparılaraq barələrində lazımi hüquqi tədbirlərin görülməsi məqsədilə brakonyerlər Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil veriliblər.

Tarix
2019.10.22 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla