Yuxarı

İTV-nin təbliğatı: “roza” və “qlükoza”... – Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən dövlət tərəfindən maliyyələşən televiziya kanallarında səsləndirilən söz və ifadələr, eləcə də efirə gedən kadrlar və ya mahnıların səviyyəsi ictimai qınağa səbəb olur. Nəzərə alsaq ki, bu kanalların maliyyəsi dövlət tərəfindən qarşılanır, onda həmin TV-lərin bu kimi hallara diqqət etməsi nəinki zəruridir, həm də öhdəlikdir.

Bir qədər əvvəl “Qlükoza” adlı mahnının “İctimai” radioda səsləndirilməsi də haqlı narazılıq doğurub. Sözügedən mahnı bayağı olması ilə bərabər, mahnının mətnində rus sözünün də işlənməsi əsas gətirilərək, belə musiqi parçalarının dövlət tərəfindən maliyyələşən “İctimai” radioda efirə getməsinin yolverilməz olduğu bildirilir.

Məsələ ilə bağlı Kult.az-a danışan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, bayağı mahnıların efirlərdə səslənməsi hazırda ən problemli məsələlərdən biridir:

“Sovet dövründə Bədii Şura var idi və həmin şura mahnının həm musiqisinə, həm də sözlərinə ciddi nəzarət edirdi. Amma indi belə mahnılar haradan və necə gəlir, bəlli deyil. Sədri olduğum Yayım Şurası verilişlərə və mahnılara nəzarət edib, hər hansı bir qadağa qoymaq səlahiyyətində deyil. Biz belə qüsurlar olanda onu qeyd edib, rəhbərliyə bildiririk və televiziya rəhbərliyi də bu tənqidləri çox dəqiq şəkildə araşdırıb, tədbirlər görür. Mən qeyd olunan mahnı ilə bağlı da qeydləri götürdüm və bunu televiziyanın rəhbərliyinə bildirəcəyəm. Həmin mahnı dəqiq şəkildə araşdırılacaq və yayıma uyğun olmadığı aydınlaşdıqdan sonra hesab edirəm ki, rəhbərlik tərəfindən yayımdan qaldırılacaq”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat katibi Aynurə Asimqızı isə bildirib ki, “90FM” ümumi dinləyici kateqoriyalarına xitab etmək, həm də vokal və instrumental incəsənətlə məşğul olan ifaçıların böyük əksəriyyətini əhatə etmək məqsədi ilə bütün janrlarda ifa edən müğənnilərlə əməkdaşlıq edir:

“Lakin biz hər zaman dinləyicilərin tənqidlərinə xüsusi önəm vermişik. Həmkarlarımız qeyd olunan “Qlükoza” adlı mahnı ilə bağlı dinləyicilərin iradını nəzərə alaraq, həmin musiqi parçasını yenidən təftiş edəcək və yayım qaydalarını pozan hər hansı fakt aşkarlanarsa, radiomuzda səslənməsi qadağan olunacaq”.

Tarix
2019.11.01 / 10:52
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla