Yuxarı

Milli Məclisə sızan agent...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Azərbaycan gündəmi 2 mövzu ilə silkələnir:

1. Ermənipərəst niderlandlı araşdırmaçı Sara Krombaxın Azərbaycan tarixi və Ziya Bünyadovla bağlı yalan və təhrif dolu kitabı.

2. Millət vəkili Araz Əlizadənin Azərbaycanın tarixi köklərinə yönəlmiş hücumu: azərbaycanlıların türk olmaması haqda söylədiyi səfeh fikir.

Hər iki məsələ mahiyyət etibarilə eyni məsələyə xidmət edir – erməni təbliğatına.

Araz Əlizadənin dediyi söz ermənipərəst Sara Krombaxın elədiyindən qat-qat böyük xəyanətdir.

Təbii, Əlizadənin bu savadsız açıqlamasını tarixçi və başqa ziyalılar alt-üst elədi. Ancaq yenə də bəzi nüanslara diqqət çəkmək lazımdır.

Azərbaycan mahiyyət, gen etibarilə türk dövlətidir. Əlizadə Arazın bu açıqlaması təkcə xalqın mənəviyyatına yox, həm də dövlət siyasətinə ziddir.

“Azərbaycan parlamentinin Sara Krombaxı”nı Milli Məclisə kim buraxıb?

Xatırlayırsınızsa, Azərbaycan arxivinə sızan, oradan “müəyyən məlumatlar” götürən Sara Ziya Bünyadovun Azərbaycan tarixini uydurduğunu yazmışdı.

Araz Əlizadə də sanki Milli Məclisə sızıb, nəinki dövlət siyasətini, xalqın siyasətini də dağıtmaqla məşğuldur.

Dünyanın gedişatını böyük ölçüdə müəyyənləşdirən ABŞ Prezidenti Donald Tramp deyir ki, gələcək qlobalistlərə yox, patriotlara məxsusdur. Yəni xalqlar öz milli köklərini qəbul etməli və qorumalıdırlar.

Araz Əlizadə isə Azərbaycan xalqını öz tarixi köklərindən qoparmaq üçün əlindən gələni hara gəldi sürtür. Heç bir tarixi zərurət olmadığı halda.

Bu millətin atası türkdür. İndi Araz Əlizadə dirəşib millətin üzünə ki, sənin atan türk deyil.

Bu, hansı məntiqə və əxlaqa sığır? Axı biz necə deyə bilərik ki, məsələn, Araz bəy, siz Nizaminin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edən görkəmli alim Məmməd Mübariz Əlizadənin oğlu deyilsiniz!

Deyə bilərikmi?

Dünyada süni qütbləşmələr yaradılır, müəyyən ölkələr arasında sürətli yaxınlaşmalar müşahidə olunur. Bu proses türk ölkələri arasında da gedir. Digər ölkələr arasında bu yanaşma süni şəkildə yaradılsa da, türk dövlətləri arasında çox təbii şəkildə baş verir.

Yəni biz zatən Türkiyə və digər türk dövlətləri ilə can-qanla bağlıyıq. Araz Əlizadəlik edib, heç bir müsbət nəticə verməyən separatçılığa nə gərək var?

Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan ayırmaq istəyən “şimalbaş” və “cənubbaşlar” bunu o boşlarına soxsunlar: Bu iki dövləti, bu iki qardaşı və bu TƏK MİLLƏTİ heç bir halda bir-birindən qopara bilməyəcəksiniz.

Azərbaycan və Türkiyə artıq qardaş deyil, onlar bir vücuddur, bir-birilərinə qarışmış vahid bədəndir.

Bunu təkcə biz yox, Araz Əlizadənin sözünü eşidən türkiyəli qardaşlarımız da deyirlər, yazırlar, təbliğ edirlər.

Araz Əlizadə isə demir. Dövlətin, xalqın, millətin sözünü deməyən adamın Milli Məclisdə heç bir işi ola bilməz.

Görünür, Araz Əlizadənin tarix oxumağa, araşdırmağa vaxtı olmur. Təklif edirəm ki, onu təqaüdə göndərək, bol-bol vaxt olsun, gedib oxusun, araşdırsın və əmin olsun ki, tarixdə “Azərbaycan türkləri” deyə danılmaz bir fakt var.

Tarix
2019.11.04 / 22:01
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla