Yuxarı

Bakıda ''Ziko''nu güllələyən şəxs yaxalandı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ''Ziko''nu güllələyən şəxs yaxalandı - Video

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə olunmaqla ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Azər Orucov saxlanılıb.

"Xəzər Xəbər"in məlumatına görə, cari il avqustun 5-də gecə saatlarında A.Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi "Mersedes” markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan "Vinçester” markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib. Saxlanılan zaman A.Orucov ifadəsində törətdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan rayonunda Kür çayına atdığını bildirib.

Polis bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2019.11.08 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla