Yuxarı

Müğənninin evi qarət edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənninin evi qarət edildi

Azərbaycanlı müğənni Vüqar Muradovun evindən 3500 manat oğurlanıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İfaçı DİN-ə ünvanladığı məktubunda bildirib ki, oğurluğu evinə gələn usta edib: “Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur”.

Müğənni bildirib ki, aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edib. "Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar. Başda general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün DİN rəhbərliyi və əməkdaşlarına təşəkkür edirəm".

Tarix
2019.11.13 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla