Yuxarı

Mirzə Cəlil nəslinin davamçıları Bakıya gəlir - İlk dəfə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunub.

AMEA-dan Kult.az-a bildirilib ki, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri yaxın vaxtlarda 68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar. Onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaqlar. Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.

Akademik İsa Həbibbəyli uzun illərdir ki, böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin zəngin və çoxşaxəli irsini, həyatı, mühiti və müasirlərini tədqiq edib öyrənmək, əsərlərini dünya dillərinə tərcümə etdirərək kitab halında nəşr etdirmək sahəsində ardıcıl iş aparır. İsa Həbibbəyli, eyni zamanda, Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, hələ sovet hakimiyyəti illərində “Vətən” cəmiyyətinin xətti ilə Cəlil Məmmədquluzadənin xarici ölkələrdə yaşayıb-yaratmış nəslinin davamçılarını axtarıb və Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında böyük xidmətləri olmuş bu ziyalı nəslinin dünyanın ayrı-ayrı ölkələrində yaşayan nümayəndələrini tapıb müəyyənləşdirib. Akademik İsa Həbibbəyli ilk dəfə 1992-ci il yanvarın 25-də Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə Tehran şəhərində görüşüb və onlarla əlaqələr yaradıb. O, həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.

Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.

İsa Həbibbəylinin yazdığı “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” Azərbaycan elmində yazıçıların nəsil ağacından bəhs edən ilk tədqiqatlardan biridir.

Tarix
2019.11.13 / 11:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla