Yuxarı

Qanunsuz ov edənlər saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanunsuz ov edənlər saxlanıldı

Laçın rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri aşkarlayıb.

Laçın rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi Nicat Əhmədzadənin Report-a verdiyi məlumata görə, Agcabədi rayonunun Taxta körpü qəsəbəsinin "Nurəddin qış obası" istiqamətində qanunsuz ov edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-21099" markalı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1968-ci il təvəllüdlü Zərdab rayon sakini Tahir Süleymanov və avtomobildəki sərnişin, 1986-cı il təvəllüdlü Ağcabədi rayon sakini Əli Mirzəyev olması müəyyən edilib. Hər iki şəxsin iştirakı ilə avtomobillə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük yerində 7 ədəd ovlanması qadağan edilmiş Turac növünə aid çöl quşu, avtomobilin salonunda 1 ədəd ov tüfəngi, 1 ədəd 16 çaplı qoşalülə və həmin silahlara aid çoxlu sayda müxtəlif növ patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
2019.11.17 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla