Yuxarı

Kutaisidə avtobus yandı: Azərbaycanlılar təxliyə edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kutaisidə avtobus yandı: Azərbaycanlılar təxliyə edildi

Noyabrın 18-də səhər Batumi-Tiflis istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.

Axar.az xəbər verir ki, bu barədə Acariya Televiziyası xəbər yayıb.

Şahidlərin verdikləri məlumata görə, avtobusda 50-dək sərnişin olub. Onların arasında Azərbaycan vətəndaşları da var. Sərnişinlər vaxtında təxliyə olunublar.

Məlumata görə, avtobus Türkiyənin "Metro Georgia” şirkətinə məxsusdur. Hələlik yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa, konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımi yardımlar göstəriləcək.

Tarix
2019.11.19 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla