Yuxarı

Repçilərimiz Rusiyada silahlı hücuma məruz qaldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.

Kult.az xəbər verir ki, 27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.

"Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina olması barədə məlumat daxil olub. Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.

Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.

Oxu.az-ın xəbərinə görə, axtarış nəticəsində binada partlayıcı əşya tapılmayıb.

Repçilər onlara məxsus "Mersedes-Benz” markalı avtomobillə əyləncə mərkəzini tərk elədikdən sonra "LADA Priora” markalı avtomobillə onları təqib edərək atəş açıblar.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Əliyev Bakıda, Bəkirov isə Samarada doğulub. Onların hər ikisi azərbaycanlıdır.

Tarix
2019.12.09 / 21:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

Kəndlərin verilməsi 9 noyabr bəyanatında var idi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla