Yuxarı

Bakıda oğru yaxalanarkən "Makarov" çıxartdı...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda polisə odlu silahla silahlı müqavimət göstərən şəxslər ələ keçirilib.

Dekabrın 12-də Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən mağazalardan birindən 2500 manat dəyərində tütün məmulatları, danışıq kartları və ərzaq məhsulları naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, mağazanın sahibi baş verən hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib. Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxslərdən biri - Bakı şəhər sakini Kamran Səfərəliyev saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, Kamran Səfərəliyevlə bərabər oğurluq hadisəsində əvvəllər Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, qanunsuz olaraq üzərində odlu silah gəzdirmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələri ilə dəfələrlə məhkum olunmuş Sabunçu rayon sakini Elşad Məmmədov da iştirak edib. Eyni zamanda Elşad Məmmədovun daimi olaraq üzərində odlu silah gəzdirməsi barədə məlumat daxil olduğundan xüsusi əməliyyat qrupu yaradılıb və onun Sabunçu rayonu ərazisində olduğu müəyyən edilib.

Qeyd edək ki, Elşad Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edərək üzərində olan odlu silahı atəş vəziyyətinə gətirib və bu zaman polislərin çevikliyi sayəsində o, dərhal zərərsizləşdirilərək tutulub. Saxlanılan zaman Elşad Məmmədovun üzərindən “Makarov” tipli tapança, 3 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix
2019.12.13 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla