Yuxarı

Evlərdən qızıl oğurlayanlar saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evlərdən qızıl oğurlayanlar saxlanıldı

Xaçmazda evlərdən qızıl oğurlayan şəxslər saxlanılıb.

Axar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz rayonu Mirzəmməd kənd sakini H.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək evindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elnur Quliyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və zərərçəkmişə məxsus qızıl-zinət əşyaları oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yeni Həyat qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Ramin Qoçadze olduğu müəyyən edilib.

R.Qoçadze əvvəllərdə müxtəlif rayonlarda silsilə oğurluqlar etdiyinə görə dəfələrlə məhkum olunub.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2019.12.14 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla