Yuxarı

Nazirin işdən çıxardığı direktor xəstəxanaya yerləşdirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diplomu saxta olduğu üçün Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə işdən çıxarılan Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a X.Əzizovanın özü məlumat verib. O bildirib ki, başında problem yaranıb:

"Başımı hiss etmirəm. Ona görə də Gəncə Mərkəzi Xəstəxanasına yerləşdirildim. Həkimlərin müayinəsindən sonra məlum oldu ki, beyinimdə qan dövranı çatışmazlığı var. Burada müalicəm bir nəticə verməsə, başqa xəstəxanaya müraciət etməyi düşünürəm".

Keçmiş məktəb direktoru diplomunun saxta olması ilə bağlı məsələyə də münasibət bildirib:

"Bu məlumatı yayan hansı itdirsə, məndən əl çəkmir. Gördüm belə məlumatlar yayılır, qarşısını ala bilmirəm, əlacsız qalıb, ərizə yazıb, işdən çıxdım. Mən 11 ildir direktor, 38 ildir pedaqoji fəaliyyətlə məşğul olmuşam. Kirovabad (Gəncə) Pedoqoji İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsini bitirmişəm".

Tarix
2020.01.16 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla