Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2020


ADU-da Bünyadzadə müsabiqəsinə yekun vuruldu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində “525-ci qəzet”in təşkil etdiyi, 20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin 50 illiyinə həsr olunan vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, ADU-nun rektoru, xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, 20 Yanvar şəhidi, həmçinin bu universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin şəhidlik zirvəsinə qalxan ömür yolundan bəhs edib.

Qeyd olunub ki, Ülvi Bünyadzadənin xatirəsi hər zaman əziz tutulur, onun yaradıcılıq nümunələri müxtəlif xarici dillərə tərcümə edilib. Bildirilib ki, bu yaxınlarda şairin “Düşüncələr” adlı şeiri 11 dilə tərcümə olunmaqla, müxtəlif xalqların oxucularına təqdim olunub.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid təşkilatçılığa və göstərilən dəstəyə görə universitet rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirib.

Tədbirdə müsabiqəyə təqdim edilmiş mətnlərdən ibarət “Vətən – şəhid əmanəti” kitabının təqdimatı olub.

Sonda qaliblər mükafatlandırılıb.

Şəfa Vəli “Anamın boyat dərdi” essesi ilə 1-ci olub. Emin Piri “Qələmlə yazılanlar”, Günel Bayatlı (Mehdizadə) “Qəbirdə də Qarabağın özüyəm”, Heyran Cavadova “İyirmi”, İlahə Əhmədova “Qırmızıya bürünmüş qara tarix” essesinə görə ikinciliyə layiq görülüb.

Elmin Nuri “Ruhköçürmə stansiyası” essesi, Gülnar Natiqqızı “İgidim Ülvi” şeiri, Kənan Novruzov “İllər keçsə də... yaşayacaq...”, Nahidə Xəqaniqızı “Xalqın ürəyində yer alan şair”, Nərgiz Qazi “Vətəni qürbətdə yaşamaq”, Simran Qədim “İşığa toplaşanlar”, Şəhla Aslan “Torpaq - dövlətin təməli kimi” essesi ilə üçüncü yerə layiq bilinib.

Tarix
2020.01.17 / 17:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda polislər qadının həyatını belə xilas etdilər - Video

Bakıda azyaşlılara siqaret satanlar cərimələndi

"Bakı" restoranının yaxınlığında qumbara tapıldı

Bakıda dəhşətli qəza: ölənlər var - Video

Məşhur türk klipində “cırıq bayraq”: rejissor danışdı - Video

Piyada məsuliyyətsizliyinə görə baş verən qəzalar - Video

DİN-dən Zərdabdakı aksiya ilə bağlı - Açıqlama

Bakıda yaşayış binasındakı yanğınla bağlı yeni məlumat

30 erməni azərbaycanlılara hücum etdi: yarısı qaçdı, yarısı isə...

Xızıda dəmir yolu stansiyasında partladıcılar tapıldı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla