Yuxarı

Bakıda səfirlik maşını azyaşlı bacıları vurub qaçdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda səfirlik maşını azyaşlı bacıları vurub qaçdı

Məktəbə tələsən iki azyaşlı bacı Bakının Tiflis prospektində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Axar.az xəbər verir ki, hadisənin yanvarın 13-də saat 07:50 radələrində baş verməsi barədə məlumat hüquq-mühafizə orqanlarından daxil olub.

Yolu keçən 13 yaşlı Nuray İsrafil qızı Mahmudlu və 9 yaşlı bacısı Xədicəni avtomobil vurub. Nəqliyyat vasitəsinin sürücüsü uşaqlara kömək etmədən hadisə yerindən qaçıb.

Hadisənin şahidləri dərhal bacıları 1 nömrəli Kliniki Tibbi Mərkəzə aparıblar. İndi onların həyatı təhlükə altında deyil.

İstintaq zamanı uşaqları vuraraq hadisə yerindən qaçan "Mersedes” markalı avtomobilin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinə aid olduğu məlum olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov Oxu.az-a bildirib ki, qanunu pozanlara qarşı diplomatik toxunulmazlıq nəzərə alınaraq, qanun çərçivəsində tədbirlər görüləcək.

Tarix
2020.01.17 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla