Yuxarı

Azərbaycanda bu rayonun 40-a yaxın kəndi işıqsız qaldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunun bir sıra kəndləri işıqsız qalıb.

Report-un xəbərinə görə, rayon ərazisində əsən güclü külək elektrik təsərrüfatının işində problemlər yaradıb.

Blabənd kəndinin sakinləri bildirir ki, Zuvand ərazisinə elektrik enerjisi verilişini həyata keçirən 10 kv-luq xəttdə artıq iki gündür, elektrik enerjisi yoxdur. Bu səbəbdən 40-a yaxın kənd - Blabənd, Xəlifəkücə, Mondigah, Nisli, Hacovi, Hoveri, Şonaçola, Qələsər, Qosmalian, Tatoni, Mistan, Xəlifəkənd, Lələhiran, Kəlvəz, Kələxan və digərləri elektrik enerjisindən məhrum olub.

Lerik Elektrik Şəbəkəsinin rəisi Cavid Cavadov “Report”a bildirib ki, hazırda rayon ərazisinin 70%-nə elektrik enerjisinin verilişi təmin edilib: “İki gün ərzində davam edən güclü külək səbəbindən rayonun elektrik təsərrüfatına xeyli ziyan dəyib. Bir sıra yerlərdə elektrik naqilləri qılırıb, dayaqlar aşıb, habelə transformatorlarda qısaqapanmalar yaranıb. Hazırda operativ briqadalar işləyir. Rəhbərlik tərəfindən köməklik göstərilib. Dağlıq ərazilərə elektrik enerjisinin verilişi hələ ki, mümkün deyil. Bu ərazilərə enerji verilişinin dayandırılması təhlükəsizlik məqsədi daşıyır. Belə ki, külək 10 kv-luq xətti qıraraq yaşayış evlərinin üstünə ata, yanğın və ya bədbəxt hadisə baş verə bilər. Ona görə də küləyin zəifləməsini gözləyirik. Lənkəran və Yardımlı rayonları ərazisindən 35/10 kv-luq yüksək gərginlikli xətlər vasitəsilə rayon mərkəzi və ətraf kəndlər enerji verilişi bərpa olunub. Qeyd edim ki, bu ərazilərdə bu gün səhər saatlarında fasilə yaranmışdı”.

Tarix
2020.02.04 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla