Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 Mart 2020


Bülbüloğlu yubileyini cəbhə xəttində keçirdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli bəstəkar, müğənni və ictimai xadim, xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində təntənəli şəkildə qeyd olunub.

Kult.az xəbər verir ki, xalq artisti Polad Bülbüloğlu, qızı Leyla, oğlu, gənc dirijor Murtuza, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, general-mayor Mais Bərxudarov, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin başçıları əvvəlcə N saylı hərbi hissəyə gəliblər. Qonaqlar hərbi hissədə əsgər və zabitlərin xidməti ilə maraqlanıb, ideoloji otaq, yataqxana, ərzaq anbarı, yeməkxana ilə tanış olub, əsgərlərlə birgə nahar ediblər.

Əsgərlər qarşısında çıxış edən Polad Bülbüloğlu onlara xidmətlərində uğurlar arzulayıb, qələbənin bizim olacağına inamını ifadə edib. Onu “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən P.Bülbüloğlu deyib: "Bu, mənim üçün çox böyük bir mükafatdır. Ömrümün sonunadək çalışacağam ki, bu ordenə layiq olum".

Xalq artistinə hərbi hissənin xatirə hədiyyəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Lələtəpə fatehləri" kitabı təqdim olunub. Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının çıxışları maraqla qarşılanıb. Polad Bülbüloğlu əsgərlərlə həmsöhbət olub, onlarla birgə rəqs edib.

Hərbi hissədə olarkən jurnalistlərə müsahibə verən Polad Bülbüloğlu deyib: “Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görünür. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlərkeçirək. Xarı Bülbül festivalını yenidən təşkil edək”.

75 illik yubileyini cəbhə bölgəsində qeyd etməsindən danışan Polad Bülbüloğlu deyib: “Biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Dünən Prezidentimiz mənə "Heydər Əliyev" ordenini təqdim etdi, ünvanıma çox gözəl sözlər dedi. Mən də fürsətdən istifadə edərək işimə, yaradıcılığıma qiymət verdiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da “Instagram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”.

Həmin gün Beyləqan Olimpiya İdman Kompleksində Polad Bülbüloğlunun “Gəl, ey səhərim!” adlı konserti olub. Əvvəlcə Xalq artistinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinlədiyi mahnıları səslənib. Gecədə Polad Bülbüloğlunun oğlu Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin "Rapsodiya"sı təqdim olunub.

Tarix
2020.02.05 / 10:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Telekanallar bu filmləri nümayiş etdirəcək

Nazirlikdən müraciət: Rauf Babayevin dəfninə qatılmayın!

Ermənilərdən Qazax istiqamətində təxribat: düşmən susduruldu

Arif Quliyev karantini pozdu və polisi belə aldatdı - Video

Məşhur Hollivud ulduzu koronadan öldü

Bütün dünya bu kampaniyanı aparır – Xalq şairi

Korona ilə bağlı yalan məlumat yayan qadın həbs olundu

Koronaya görə qurulan dispenserlər bu hala salındı - Foto

Cəbhədə təxribat: Atəşkəs 23 dəfə pozuldu

Karantindəki vətəndaşlarımızdan maraqlı jest - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla