Yuxarı

Dəhşətli qəza: 17 yaşlı sürücü öldü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli qəza: 17 yaşlı sürücü öldü - Video

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı "Xəzər-xəbər" süjet yayıb.

Axar.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonundan keçən ərazisində qeydə alınıb. Qəbələ rayon, Vəndam qəsəbə sakini, 17 yaşlı Ramin Lətifli idarə etdiyi avtomobillə İsmayıllı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarında olan ağaca çırpıb.

Nəticədə sürücü Ramin Lətifli aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Qəbələ rayon Vəndam qəsəbə sakini, 19 yaşlı Şəhriyar Xəlilov isə müxtəlif bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri - Ziyadxanov Ziya Pünhan oğlu Vəndam qəsəbə məktəbinin 10-ci sinif şagirdidir. Digər yaralılar - Xəlilov Şəhriyar Mübariz oğlu isə Azərbaycan Dövlət Aqrar Universitetinin, Cabayev Murad Sərxan oğlu isə Xəzər Universitetinin tələbəsidir.

Qəzada həyatını itirən 17 yaşlı Ramin Lətifli isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2020.02.06 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla