Yuxarı

Rafael Dadaşov harada dəfn ediləcək?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək.

Kult.az xəbər verir ki, bunu Report-a açıqlamasında xalq artisti Brilyant Dadaşova deyib.

O bildirib ki, mərhumun cənazəsi saat 14:00-da evindən götürüləcək:

“Sabah hava şəraitinin əlverişsiz olacağını nəzərə alıb dəfni günorta saatlarına təyin etmişik. Akademik Milli Dram Teatrının fəliyyətinin koronavirusa görə məhdudlaşdırıldığı üçün orada vida mərasimi olmayacaq. Rafael Dadaşovla vidalaşmaq istəyənlər II Fəxri xiyabana toplaşacaq”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.

Xatırladaq ki, Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmri ilə martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Həmçinin, martın 14-dən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.

Tarix
2020.03.16 / 17:02
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla