Yuxarı

Arif Quliyev karantini pozdu və polisi belə aldatdı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Quliyev karantini pozdu və polisi belə aldatdı - Video

2020.03.26. 13:44

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Axar.az Report-a istinadla xəbər verir ki, mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının paytaxt küçələrində apardığı reyd zamanı xalq artisti Arif Quliyevin qadağanı pozduğu müəyyən edilib.

Arif Quliyev tibbi maskadan istifadə etsə də, yanındakı 70 yaşlı şəxsdə qoruyucu vasitə olmayıb. Bunu görən polis əməkdaşı həmin şəxsə dərhal qoruyucu maska verib, onların əlinə spirt vurub.

A.Quliyev isə polisi aldatmağa cəhd edib. Polisin "neçə yaşınız var" sualına o, "65 yaşım olacaq" deyib.

Əslində isə A.Quliyevin 69 yaşı var. Onun polisə "65 olacaq" deməsindən görünür ki, xalq artisti 65 yaşdan yuxarı şəxslərin evdən çıxma qadağası haqda müfəssəl məlumata malikdir, buna baxmayaraq, əməl etməyib.

Polisin "Arif müəllimin 65 yaşı tamam olmamasına baxmayaraq" sözlərindən isə aydın olur ki, A.Quliyev istəyinə nail olub, polisi aldadıb.

Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, yaşadığı ünvana göndərilib.

Tarix
2020.03.27 / 02:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla