Yuxarı

Azərbaycanlı jurnalist koronavirusa yoluxdu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı jurnalist koronavirusa yoluxdu

ATV-nin Almaniya üzrə müxbiri Şahin Abbasov koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

“Mart ayının 11-də qızımın 15 yaşı tamam oldu. Martın 14-də qızım ad gününü dostları ilə kafedə keçirdi. Sonra qızım özünü pis hiss etməyə başladı, hərarəti çox yüksək deyildi. Sonra dad bilmə qabiliyyətini itirdi. Qızımdan sonra mənim də səhhətim pisləşdi", - ATV-nin "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevlə canlı bağlantıya qoşulan Ş.Abbasov bildirib.

Ş.Abbasov qeyd edib ki, dünən axşam testin cavabı çıxıb, cavab pozitivdir:

"Mənə evdən çıxmamağı tapşırdılar. Könüllülər cəmiyyəti ehtiyacım olanları evimə çatdıracaq. Dad bilmə qabiliyyətimi itirmişəm. 9 gündür xəstəyəm, özümü qripə yoluxmuş insan kimi hiss edirəm. Ağır keçirmədiyim üçün xəstəxanaya yerləşdirilmədim. Mənə dərman yazmadılar. Dedilər ki, sitrus meyvələri yeyin, limonlu su için. Bəzən baş ağrılarıma görə ağrıkəsici içirəm”.

Tarix
2020.03.31 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla