Yuxarı

Azərbaycanda polis ağır qəza törətdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda polis ağır qəza törətdi

Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili ağaclara çırpıb. Hadisə şəhərin mərkəzində, Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Axar.az xəbər verir ki, aprelin 5-də sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov özünə məxsus “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. İ. Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

Qəza nəticəsində sürücü və həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar. Yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb.

F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2020.04.06 / 00:04
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla