Yuxarı

Borcunu ödəməyən universitet məhkəməyə verildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Borcunu ödəməyən universitet məhkəməyə verildi

Təbii qaza olan borcunu ödəməyən universitet məhkəməyə verilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Dövlət Universitetini (SDU) məhkəməyə verib. Buna səbəb universitetin təbii qazdan istifadəyə görə yaranmış 1528 manat borcunu ödəməməsi olub.

“Azəriqaz” iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra universitet borcu tam olaraq ödəyib.

Bundan sonra “Azəriqaz”ın nümayəndəsi mülki iş üzrə iddia tələbindən imtina olunduğunu bildirib və məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini, məhkəməyə müraciət olunarkən ödənilmiş 30 manat rüsum və 40 qəpik xidmət haqqının universitetdən onların xeyrinə tutulmasını istəyib.

Sumqayıt Dövlət Universitetinin nümayəndəsi buna etiraz etməyib.

Məhkəmə “Azəriqaz” İctimai Birliyinin xeyrinə qərar çıxarıb.

Tarix
2020.04.19 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla