Yuxarı

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.04.26. 22:42

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində “Hunday” markalı minik avtomobili ilə "Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin “Hunday” markalı avtomobilin sürücüsü olduğu bildirilir.

Qəza zamanı eləcə də "Ford"un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində "Ford"un sürücüsünün ayaqları sınıb.

Şahidlərin sözlərinə görə, qəzaya "Hyunday" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.

***

Bakıda baş vermiş ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

Hadisə zamanı 2008-ci il təvəllüdlü Hacıyev Elvin Dilqəm oğlu, 1994-cü il təvəllüdlü Dilavərov Əlirza Dilavər oğlu, 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, qəzaya "Hunday" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.

Tarix
2020.04.27 / 00:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla