Yuxarı

Komitə bu cinayət olayını nəzarətə götürdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Abşeron rayon Qobu qəsəbəsində baş vermiş cinayət hadisəsi ilə əlaqədar bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.

Bu barədə Axar.az-a Dövlət Komitəsindən məlumat verilib.

"Kütləvi informasiya vasitələrində 29 aprel 2020-ci il tarixində Abşeron rayon Qobu qəsəbə sakini, 1991-ci il təvəllüdlü Anar Bəkirovun həyat yoldaşını qətlə yetirməsi barədə məlumat öz əksini tapıb.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Abşeron rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, hadisə haqqında məlumat əldə ediblər. Məlum olub ki, bir azyaşlı övladı olan Abşeron rayon sakini Anar Bəkirov həyat yoldaşını aralarında baş vermiş mübahisədən sonra qətlə yetirmişdir. Abşeron rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri və psixoloqu azyaşlının vəziyyətini nəzarətə götürmək məqsədi ilə ailəyə baş çəkiblər. Rayon icra hakimiyyətindən Komitəyə daxil olmuş məlumata əsasən, uşaq hazırda əmisinin himayəsindədir və onun psixoloji durumu sabitdir.

Ailə Komitənin nəzarətindədir. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq, istintaq işləri davam etdirilir.

Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən azyaşlının qanunvericiliyə müvafiq şəkildə qəyyumluğa verilməsi ilə bağlı tədbir görüləcəkdir", - deyə məlumatda bildirilib.

Tarix
2020.04.30 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla