Yuxarı

Lənkəranda yol kənarından körpə tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranın Liman qəsəbəsinin Mirzə Ələkbər Sabir küçəsində, dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında yeni doğulmuş körpə aşkar edilib.

Axar.az xəbər verir ki, körpəni 1972-ci il təvəllüdlü Camal Kazımov tapıb. O, heyvanları örüşə aparıb evə qayıdarkən dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlama görüb.

Evdə yaşayış olmadığını bildiyi üçün qapı qarşısında qoyulan kağızdan olan qutu onun diqqətini çəkib. Qutunu açanda içərisində qalın örtüyə bürünərək yatan körpəni görüb.

C.Kazımov körpəni evə gətirib, yuduqdan sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib.

Atılmış körpə polis əməkdaşlarının iştirakı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə təhvil verilib.

Xəstəxanadan körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir. Körpənin vizual müayinəsi aparılıb, vəziyyəti orta ağırdır.

Hazırda körpənin səhhəti həkimlərin nəzarətdədir.

Faktla bağlı araşdırmalar aparılır.

Tarix
2020.05.03 / 20:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla