Yuxarı

Xalq artistinin kanalı necə silinib? – “Müqəssir” danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yutubun Azərbaycanda partnyor şəbəkəsi olan “VediaKorp Azərbaycan” (WediaCorp Azerbaycan) şirkəti görkəmli bəstəkar Elza İbrahimovanın qardaşı Çingiz İbrahimovu şirkətin nüfuzuna xələl gətirdiyi üçün məhkəməyə vermək niyyətindədir.

Bu barədə Kult.az-a açıqlamasında şirkətin meneceri Ceyhun Əsədov deyib. O bildirib ki, Çingiz İbrahimovun idarə etdiyi kanal Yutubun qaydalarına əməl etmədiyi üçün bağlanıb:

“Yutubda əqli mülkiyyət sahiblərinin hüquqları qorunur. Bunlara söz yazarlarına, ifaçılara, bəstəkarlara, aranjimançılara məxsus əsərlər və televiziya görüntüləri daxildir. Məsələn, Xəzər TV-də hansısa bir müğənni musiqi ifa edirsə, onu şəxsi kanalında paylaşması üçün “Xəzər”dən icazə almalıdır. Bizim şirkət “Xəzər”, “İctimai”, ARB və digər kanalların hüquqlarını qoruyur. Bu səbəbdən sistem müəllif hüquqları pozulan zaman avtomatik onu tanıyır və blok edir.

Elza İbrahimovanın kanalında da efirdə gedən görüntülər paylaşılıb və avtomatik olaraq müəllif hüquqları ilə bağlı kanala bildiriş gedib. Yəni görüntüyə icazə verilib, lakin ondan əldə edilən gəlir televiziya kanalına yönəlib. Buna etiraz edən Yutub kanalının sahibi də məsələni araşdırmadan şikayət edib ki, bu, saxtadır. Yutub şirkəti də saxta şikayətlərə görə istifadəçiyə xəbərdarlıq edir ki, şikayətiniz yanlış olduqda kanalınız silinə bilər. Bu səbəbdən Elza İbrahimovanın kanalı silinib. Bunun üçün “VediaKorp Azərbaycan” şirkəti heç bir məsuliyyət daşımır və məhkəmə qarşısında da buna qanunla cavab verməyə hazırdır. Çingiz İbrahimov əlində heç bir sənəd-sübut olmadan bizim işgüzar nüfuzumuza kölgə salır. Hətta biz də istəyirik ki, buna görə onları şikayət edib, nüfuzumuza xələl gətirdiyi üçün təzminat davası açaq. Artıq bir çox saytlarda bizim haqqımızda yalan məlumat yayılıb. Müqavilə bağlamadıqları üçün onları şikayət etdiyimizi bildirirlər. Ola bilər ki, şirkətimiz tərəfindən onlara hüquqlarının qorunması məqsədilə müqavilə üçün avtomatik təklif göndərilsin. Biz bu müraciəti kiməsə əllə göndərmirik, bunu çatdıra da bilmərik. Bizim minlərlə partnyorumuz var. Belə olduğu təqdirdə həmin şəxs bizim şirkətə yaxınlaşmalı idi və bu məsələyə aydınlıq gətirməli idik. Çingiz İbrahimov Yutub qaydalarını düzgün bilmədiyindən və haqsız etiraz etdiyi üçün belə bir problem yaşayıb”.

C.Əsədov şirkətin vəfat edən sənətkarların adına kanal açıb gəlir əldə etməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib:

“Şirkətimiz heç bir sənətçinin razılığı olmadan onun adına kanal açmayıb. Guya biz Rəşid Behbudovun adına kanal açıb, oradan gəlir götürürük. Bunlar yanlış məlumatdır. “Speys” kanalının icraçı direktoru Kamil Şahverdi buna nəzarət edir. Biz onun hüquqlarını qoruyuruq. Dünyasını dəyişən digər sənətçilərə məxsus Yutub kanalları da onların varislərinin nəzarətindədir. Heç kim sübut edə bilməz ki, biz dünyasını dəyişmiş hansısa sənətçinin adına kanal açıb, onu öz maraqlarımıza uyğun istifadə edirik”.

Qeyd edək ki, mətbuatda Yutubun Azərbaycanda yeganə partnyor şəbəkəsi olan “VediaKorp Azərbaycan” (WediaCorp Azerbaycan) şirkətinin Azərbaycanda fəaliyyət göstərən Yutub kanallarının sahiblərinə əməkdaşlıq təklif etməsi, razılaşmayanların kanalını şikayət edərək sildirməsi barədə məlumat yayılıb. Silinən kanallar arasında görkəmli bəstəkar Elza İbrahimovaya məxsus kanal da olub.

Tarix
2020.05.05 / 15:34
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla