Yuxarı

“Günəşli”dəki neftçilərin meyiti 4,5 ildən sonra tapıldı - Rəsmi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Günəşli”dəki neftçilərin meyiti 4,5 ildən sonra tapıldı - Rəsmi

01:30

Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki insan cəsədi aşkarlanıb. Tapılan cəsədlər 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizova və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevə məxsusdur.

Bu barədə Axar.az-a açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.

O bildirib ki, cəsədlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri olub və həmçinin ailə rəyləri də onların kimliyini təsdiqləyib:

"Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, cəsədlər bir neçə gün ərzində 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş Polis İdarəsinə təhvil verilib. Ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün "Günəşli" faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik".

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

Tarix
2020.05.08 / 09:57
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla