Yuxarı

Sürücüyə hücum edən şəxsin yeni görütüsü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sürücülər arasında insidentə görə həbs edilən şəxsin yeni görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Report-a açıqlamasında 36 yaşlı sürücü Kamal Nəcəfovun öz əməlindən peşman olduğunu deyib.

Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra məlum olub ki, K.Nəcəfov taksi fəaliyyəti ilə məşğuldur.

V.Əsədov qeyd edib ki, həmin sürücü ilə maarifləndirici söhbət aparılıb. K.Nəcəfov söhbət zamanı səhv etdiyini etiraf edib:

“Digər sürücülərin də belə bir hərəkətə yol verməməsini istəyirəm. Hadisə zamanı qarşısını kəsdiyim sürücüyə də səhv elədiyimi bildirirəm”.

Qeyd edək ki, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Çangan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn Sabunçu rayonu, Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmayan K.Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Tarix
2020.05.14 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla