Yuxarı

Dağıstan azərbaycanlılarının nümayəndəsi koronaya yoluxdu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev və ailəsi koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Qani Panayevin özü bildirib.

“Ailə üzvlərim 10 gündən çoxdur xəstələnib. Özüm daha əvvəl virusun daşıyıcısı olmuşam, amma bunu hiss etməmişəm və ailə üzvlərimi də yoluxdurmuşam”, - səlahiyyətli nümayəndə deyib.

O, koronavirusa Rusiyanın Azərbaycanla sərhədyanı bölgəsində Azərbaycanla sərhədin açılmasını gözləyən insanlarla sıx təmasdan yoluxduğunu açıqlayıb: “İnsanlarla sıx təmasda olurdum, düşünürdüm ki, bu xəstəlik mənə keçməyəcək. Sonuncu dəfə mayın 19-da 120 nəfər azərbaycanlını Azərbaycana yola salandan sonra halım pisləşdi. Həkimə müraciət etdim, o mənə koronavirus diaqnozu qoydu. Ailəmdə həyat yoldaşım, oğlum, iki qızım, anam və gəlinim xəstədirlər. Mənim immunitetim yaxşı olduğuna görə bu müddət ərzində sağlamlığımda hər hansısa narahatlıq hiss etməmişəm, oruc tutandan, yəni orqanizmim zəifləyəndən sonra xəstəliyi hiss etməyə başladım. Hazırda özüm ailədən ayrı qalıb müalicə olunuram. Xəstəxanalardakı şəraitsizlikdən dolayı ora müraciət etməmişik. Hazırda hərarətimiz var, temperaturumuz 37,2 dərəcədən aşağı düşmür”.

Q.Panayev koronavirus pandemiyası ilə əlaqədar Rusiyanın müxtəlif regionlarından Dağıstana toplaşan və Azərbaycanla sərhədin açılmasını gözləyən azərbaycanlıların problemləri ilə kimin məşğul olduğuna da aydınlıq gətirib.

“Bunu Dağıstanın prezidentinə tapşırıblar, o isə, öz növbəsində, Dərbəndin icra hakiminə göstəriş verib. Onlar bu işi mənimlə əlaqə saxlayaraq edirlər. Hazırda Dərbəndin icra hakimiyyəti azərbaycanlılara kömək edir”, - o vurğulayıb.

Tarix
2020.05.21 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla