Yuxarı

"Azərişığ"ın 3 əməkdaşı güllələndi - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:26

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açılıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. Digər əməkdaş, Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Masallı rayonunda “Azərişıq” ASC-nin güllələnərək xəsarət alan əməkdaşları ilə bağlı məlumat yayıb.

TƏBİB-dən bildirilib ki, hadisə zamanı xəsarət alanlardan ikisinə ambulator yardım göstərilib:

"Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, körpücük sümüyünün güllə yarası ilə əməliyyat olunub. Hazırda vəziyyəti stabildir", - məlumatda bildirilib.

Tarix
2020.05.26 / 21:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla