Yuxarı

“Şuşa şəhərciyi" yanır? - Rəsmi açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şuşa şəhərciyi" yanır? - Rəsmi açıqlama

Bu gün iyunun 6-da Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində Bakı şəhərinin Sabunçu rayonunda, Ramana qəsəbəsində bir neçə evdə yanğın baş verməsi haqqında məlumat yerləşdirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri həmin məlumatı yayarkən hadisənin Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” adlanan ərazidə baş verdiyini bildiriblər.

"Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Şuşa şəhərciyi” adlanan ərazidə heç bir yanğın hadisəsi baş verməyib. Yanğın “Şuşa şəhərciyi”nin ərazisindən bir neçə kilometr uzaqda olub və nəticədə yerli əhalinin yaşadığı evlərə ziyan dəyib. Mətbuat xidməti kütləvi informasiya vasitələrindən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı məlumatların yayılmasına diqqətlə yanaşmağı, həmin məlumatları yaymamışdan qabaq Dövlət Komitəsi ilə əlaqə saxlayaraq dəqiqləşdirməyi bir daha xahiş edir", məlumatda vurğulanıb.

Tarix
2020.07.06 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla