Yuxarı

Gənc müğənni: Özümə rəqib görmürəm

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni-rejissor Xəyal Hüseyn yaradıcılıq yeniliklərindən danışıb.

Kult.az xəbər verir ki, “Yar-yar” mahnısı ilə məşhurlaşan və geniş izləyici auditoriyası olan müğənni yeni mahnı üzərində işlədiyini deyib.

“Pop üslubunda yeni duet üzərində çalışıram. Mahnının adı “O, kimdir?” adlanır. Duet ortağım sürpriz olsun! Eləcə də yaxın günlərdə Cabbar Musayevin mahnısını ifa edəcəm. Mahnının sözlərini Elçin Məhərrəmov yazacaq. İddialıyam və şou-biznesdə özümə rəqib görmürəm. Özüm kimi universal müğənni yoxdur. Ən populyar mahnılarımdan biri özbək mahnısı olan "Yar-yar"dır. Mahnı Yutub kanalında üç milyona yaxın izlənilib. Bir neçə müğənni ilə də duet gözlənilir. Bu da sürpriz qalsın”.

Rejissor kimi də fəaliyyət göstərən Xəyal Hüseyn bildirib ki, 2019-cu ildən rejissor kimi fəaliyyət göstərməyə başlayıb:

“Bu sahədə bəzi texniki problemlər var idi. Komanda yaratdım və işlərim uğurlu alındı. Bir çox müğənniyə klip çəkmişəm - Damla, Könül Kərimova, Şəbnəm Tovuzlu və s. Gələcəkdə bu sahədə də çox işlər görəcəm. Hədəflərim çox böyükdür. Şərait olsa, klip bazarına daha çox töhfələr verəcəm. Rejissor kimi hələ ki, klip çəkəcəm, gələcəkdə film sahəsinə də daxil ola bilərəm”.

Xəyal Hüseyn gələcəkdə Türkiyə şou-biznesinə qatılmağı da düşünür.

Tarix
2020.07.11 / 23:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla