Yuxarı

İsveçdə ermənilər həmyerlimizə hücum edib?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçdə ermənilər həmyerlimizə hücum edib?

Mən İsveç Azərbaycanlılarının Kordinasiya Şurasının Əlaqələndiricisi olaraq rəsmi məlumat verirəm ki, müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə İsveçin Yöteborq şəhərində yaşayan Kənan Rüstəmova ermənilər tərəfindən təcavüz edilməsi haqqında yayılan məlumat tamamilə yanlışdır. Bu məlumatın yanlış olduğunu Kənan Rüstəmovun həyat yoldaşı Ülviyyə Nəcəfova təsdiqləyib və öz tərəfindən də rəsmi olaraq bütün mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan məlumatın yanlışlığı haqqında məlumat verib.

Axar.az xəbər verir ki, bunları İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının Əlaqələndiricisi İradə Əliyeva Söderberg deyib.

"Qeyd edim ki, Kənan Rüstəmov səhhəti ilə əlaqədar xeyli müddət bundan əvvəl həkimlər tərəfindən bu günə planlaşdırılmış əməliyyatdan keçib, hazırda xəstəxanadadır və səhhəti qənaətbəxşdir.

Kənan Rüstəmovun ailəsi və biz - digər azərbaycanlılar bu yanlış məlumatı bir təxribat kimi qiymətləndiririk və ümid edirik ki, yanlış məlumatın nə məqsədlə və kimlər tərfindən yayıldığı tezliklə aydınlaşacaq.

Biz İsveçdə yaşayan azərbaycanlılar dünyanın bir çox ölkələrində soydaşlarımıza qarşı olan hücum və təxibatlardan xəbərdarıq və yaşadığımız ölkədə soydaşlarımızı təxribatlara uymamağa, öz tələb və dəstəklərimizi sakit və qanuni yolla həyata keçirməyə səsləyərək tədbirlərimizi bu müstəvidən həyata keçiriik", - o əlavə edib.

Tarix
2020.08.03 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla