Yuxarı

Bakıda yol polisini söyən sürücü həbs edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yol polisini söyən sürücü həbs edildi

Saatlı rayonunda anadan olmuş Abbasov Elmir İsrail oğlu yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.

Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, o, idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobil ilə "Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.

Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi ilə mübahisə edib və onlara müqavimət göstərərək polisin qanuni tələblərinə tabe olmayıb. Eyni zamanda nalayiq ifadələr işlədib.

Sürücü 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılıb. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətində inzibati qaydada həbs olunub. Ona, həmçinin, karantin qaydalarını pozduğuna görə də protokol tərtib edilib.

Tarix
2020.08.04 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla