Yuxarı

Azərbaycanlı astrofizik alim vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı astrofizik alim vəfat etdi

Azərbaycanlı astrofizik alim İzzət Salmanov vəfat edib.

Axar.az xəbər verir ki, alim 2 ildir davam edən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, İ.Salmanov 1940-ci il mayın 20-də Qəbələnin Vəndam kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. Fizika-riyaziyyat elmlər üzrə fəlsəfə doktoru adını alıb.

Orta və ali məktəblərdə dərs deyib. 30-a yaxın elmi məqalənin müəllifidir. Yazdığı elmi məqalələr bir çox xarici jurnallarda dərc olunub.

O, ilk dəfə rentgen sahəsində parlayan ulduzun yerini optik sahədə müşahidə edib. Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi və labaratoriya müdiri vəzifələrində çalışıb.

Ümum-ittifaq Həmkarlar İttifaqının Döş nişanını alıb və “Luna -16” kosmik aparatının müşahidəsinə görə mükafatlandırılıb.

Allah rəhmət eləsin!

Tarix
2020.08.04 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla söhbətləşdi - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla