Yuxarı

Polislər boğulmaqda olan 3 nəfəri xilas etdilər

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayonunun Buzovna qəsəbəsindəki çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq təhlükəsi ilə üzləşən azyaşlı qızı xilas edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, polis əməkdaşı həmin ərazidə xidmət aparan zaman 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına qoyaraq suya atılan polis serjantı onu xilas edib. Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas olunub.

Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən, həmçinin bu gün Dənizkənarı Milli Parkda daha bir azyaşlı və anası xilas edilib. Park ərazisində xidmət aparan polis serjantları Rəşad Məmmədov və Sevinc Quliyeva bir qadının qışqırığının şahidi olublar. Hadisə yerinə çatanda məlum olub ki, 11 yaşlı M.Abdullayev Dənizkənarı Milli Parkda olan zaman ehtiyatsızlıqdan suya düşüb. Bu zaman onu xilas etməyə çalışan anası A.Abdullayeva da özünü dənizə atıb və hər iki şəxs boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu zaman adları çəkilən polis əməkdaşları həyatlarını təhlükə altına qoyaraq dənizdə batmaq üzrə olan ana və oğlunu xilas ediblər.

Hər iki hadisədən sonra xilas edilən şəxslər və onların valideynləri polislərə bu nümunəvi addımlarına görə təşəkkürlərini bildiriblər.

Tarix
2020.08.06 / 19:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla