Yuxarı

42 yaşlı qadın Sumqayıt sahilində boğuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
42 yaşlı qadın Sumqayıt sahilində boğuldu

Xəzərin Sumqayıt sahilində, şəhərin Sahil küçəsindəki "Diana" istirahət mərkəzinin çimərlik ərazisində boğulma hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, bu gün günorta saatlarında iki qadın dənizdə boğularkən ərazidə xidmət aparan Sumqayıt Yanğından Mühafizə Xidmətinin əməkdaşı, 1985-ci il təvəllüdlü Xəlilov Asif Əlişir oğlu və 1986-cı il təvəllüdlü Məmmədli Çingiz Qədir oğlu onları xilas etməyə çalışıblar. Qadınlardan biri xilas edilsə də, 42 yaşlı Musayeva Aygün Məmməd qızı dənizdə boğularaq ölüb.

Digər qadın 20 yaşlı İsmaylova Aygün Nadir qızı və onları xilas etməyə çalışan 2 nəfər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxananın baş həkimi Rauf Sadıqov bildirib ki, A.Xəlilov və Ç.Məmmədli terapiya şöbəsində müalicə alırlar, vəziyyətləri kafidir. A.Musayeva isə reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2020.08.07 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla