Yuxarı

Hacıqabuldakı güclü yanğın söndürüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıqabuldakı güclü yanğın söndürüldü

2020.08.07. 21:52

Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

Axar.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

***

720 mm-lik diametri olan Qalmaz-Qazimməməd 2 xətt qaz kəmərinin 23-cü km-də saat 20:55 radələrində qəza hadisəsi baş verib.

Bu barədə Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

"Qaz kəməri 1975-ci ildə istismara verilib. Bu kəmər daxili paylama sistemində işləyir. Digər magistral qaz kəmərləri ilə əlaqəsi yoxdur. Hadisə lokallaşdırılıb, xətti kranlar hər iki tərəfdən bağlanıb, şam kranları açılıb, alov demək olar ki, söndürülüb. Hadisə nəticəsində Respublikanın heç bir yerində məhdudiyyətlər olmayıb, qaz təchizatında fasilələr gözlənilmir. Bütün strateji obyektlər qazla təmin olunur", - İ.Əhmədov qeyd edib.

***

Hacıqabul magistral qaz kəmərləri sahəsindən Qalmaz yeraltı qaz anbarını birləşdirən 750 mm diametrlik yüksək təzyiqli qaz kəmərində baş verən yanğın 3 saata qədər davam edib.

Boru xəttində qazın verilişi dayandırılıb və təxminən 23.30-da kəmərdə yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Tarix
2020.08.08 / 02:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla