Yuxarı

Tiflisdə ağır qəza: Azərbaycanlı ailənin 4 üzvü öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:10

Gürcüstanın paytaxtı Tiflisin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.

Hadisə nəticəsində 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.

Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər.

Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

***

Tiflis yaxınlığında Məmmədovlar ailəsinin 4 üzvünün ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü qadın saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1995-ci il təvəllüdlü şəxs Kvemo Poniçala qəsəbəsində avtomobili ilə yol kənarında dayanan avtomobilə çırpılıb və 7 piyadanı vurub. O, daha sonra hadisə yerindən qaçıb.

Qəza nəticəsində 2 nəfər hadisə yerində, digər 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alan 3 nəfər xəstəxanada həkimlərin nəzarəti altındadır.

Qadını 6 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Tarix
2020.08.16 / 22:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla